USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda paylayıcı şəbəkəyə qazın verilişi artırılıb

22.07.2020 İqtisadiyyat
0 0
Bu il ərzində qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi üçün qaz-paylayıcı şəbəkəyə 6 738,5 mln. kubmetr qaz qəbulu nəzərdə tutulub. Bu həcmin 3 978,3 mln. kubmetri artıq 6 ay ərzində qəbul edilib.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, ötən illə müqayisədə 40,7 mln. kubmetr artıq qaz qəbul edilib ki, bu da daha 36 564 yeni əhali abonentinin qeydiyyata alınması, eləcə də yeni istehsal sahələrinin (xüsusilə istixanalar) istifadəyə verilməsi ilə bağlıdır. Bundan başqa karantin rejimi dövründə də əksər abonentlər evdə olduğundan bəzən havaların soyuq keçdiyi günlərdə qaz sərfiyyatında artım müşahidə olunub.

"Ümumilikdə, hazırda iyul ayının 1-nə olan statistikaya görə Birlikdə qeydiyyatda olan əhali abonentlərinin sayı 2 284 980 təşkil edir", - "Azəriqaz"dan bildirilib.

Ötən ilin 6 ayının göstəriciləri ilə müqayisədə qaz itkilərində 1,3 % azalma var. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qaz xətlərinə və sayğaclara qeyri-qanuni müdaxilələr ötən ilin 6 ayı ilə müqayisədə 1 699 fakt azalıb. Qanunsuz müdaxilələrin azalmasının əsas səbəbi abonentlərlə aparılan maarifləndirmə işləri və yerlərdə nəzarətin gücləndirilməsidir.

2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb. 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir. 6 ay ərzində 583,1 km uzunluğunda yeni qaz xətti çəkilib. 57 ədəd qaz tənzimləyicisi, 58 ədəd müxtəlif diametrli siyirtmə və rəzələr quraşdırılıb. Plan üzrə 1 125 qaz xəttindən 386-sı kipliyə sınaq olunub. Yanvar-iyun aylarında 41 979,5 metr yeraltı, 111 748,3 metr yerüstü qaz kəmərlərinə texniki baxış aparılıb. Bundan başqa 96 942 qaz sayğacı dövlət yoxlamasından keçirilib ki, bu da 2020-ci il üçün planlaşdırılan yoxlamanın 66%-ni təşkil edir.

"104 Operativ Xidmət" şöbəsi 6 ay ərzində 574 697 müraciət qəbul edib. Müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib, işçi sayı 9 nəfər artırılıb. "104 Operativ Xidmət"in fəaliyyətini dəyərləndirmək üçün cari ilin iyun ayı ərzində sosial şəbəkədə aparılmış anket-sorğunun nəticəsinə əsasən respondentlərin müxtəlif suallar ətrafında xidmətdən razılığı 82-91% arasında dəyişib. "ASAN kommunal", "ASAN xidmət" və "KOB Evi" mərkəzləri vasitəsilə 6 ayda 121 733 müştəri müraciətinə baxılıb.

  • Əvvəlki

    Bakıda çimərliklər açılıb, bir şərtlə...

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0