USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti 100 dollar olacaq - PROQNOZ

18.06.2018 İqtisadiyyat
0 0
Brend markalı neftin 1 bareli 80 dollar səviyyəsindədir. Bəzi analitiklər isə qiymətin yaxında 100 dollara qalxacağına proqnozlaşdırırlar. Bu isə öz növbəsində belə artımın ABŞ iqtisadiyyatına necə təsir edəcəyi sualını yaradır.

"Kommersant" xəbər verir ki, əslində neftin qiymətinin 100 dollara qalxması ABŞ üçün heç vaxt olmadığı qədər əhəmiyyətlidir. Bunun bir çox səbəbi var. ABŞ hazırda ticari balansın ziyanını azaltmağa kömək edən əhəmiyyətli bir neft ixracatçısıdır. Əlavə olaraq bununla, ÜDM-in vahidi üçün daha az enerji sərf olunur.

"Şist inqilabı" ABŞ-ın dünyanın ən böyük neft istehsalçılarından birinə çevrilməsinə imkan verdi. Hətta son dönəmlərdə ixracatçıların ixrac etdikləri neftin miqdarı həftənin gedişatından asılı olaraq 2 milyon bareli ötüb. Tarixi fakt da göstərir ki, 2005-ci ildə neftin 1 barelinin qiyməti 60 dollar olduğu vaxtda ABŞ-ın ticari dövriyyəsi 230 milyard dollar olub. 2017-ci ildə isə WTI oxşar qiymət aralığında olarkən ABŞ-ın ticari dövriyyəsi cəmi 62 milyard dollara qədər düşüb.

Hazırki vəziyyətdə "Bloomberg Economics"in məlumatına görə, 2020-ci ildə neftin qiyməti 100 dollar olarsa, ABŞ-ın ÜDM-si 0,4% enəcək. İqtisadçılar Ceymi Murray, Ziad Daoud, Karl Riccadonna və Tom Orlik qeyd ediblər ki, neft inqilabı azaldıqca bir barelin qiymətində qlobal artım daha yüksək olmalıdır.

Bununla yanaşı, neft qiymətlərinin hansı artım səviyyəsi inflyasiyaya səbəb olarsa, o qiymət də ABŞ-ın Federal Ehtiyatı tərəfindən daha aktiv fəaliyyət göstərməsinə gətirib çıxara bilər. Yatırımların dəyərinin artması nəticəsində yüksək dərəcələr iqtisadiyyatda xərclərin azalmasına gətirib çıxaracaq. Bu da ABŞ-ın valyutasını gücləndirəcək və ixracat sənayesinin inkişafını daha da artıracaq.

Amma bütün bunlarla yanaşı, hazırda neftin qiyməti 80 dollar olsa da, bu məbləğin 100 dollar səviyyəsinə qalxması mümkünsüz görünür.

Nərmin Həsənli

  • Əvvəlki

    Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb

Digər xəbərlər