USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal qaz ixracı artıb

20.06.2018 İqtisadiyyat
0 0
Qlobal enerji bazarlarında qaz ixracı ötən il 2016-cı illə müqayisədə 5,8 faiz artaraq təxminən 1 trilyon 134 milyard kubmetrə yüksəlib.

"Kommersant"ın "British Petroleum"un (BP) Hesabatından yığdığı məlumata görə, ötən il dünya üzrə qaz satışlarının 65%-i boru kəmərləri vasitəsilə, 35%-i isə mayeləşdirilmiş şəkildə (LNG) həyata keçirilib.

Hesabata görə, 740 milyard 700 milyon kubmetr qaz boru kəmərləri, 393 milyard 400 milyon kubmetr də LNG olaraq satılıb.

Qlobal enerji bazarlarında ötən il qaz ixracı əvvəlki illə müqayisədə 5,8 faiz artımla təqribən 1 trilyon 134 milyard kubmetrə qalxıb. Bu miqdar 2016-da 1 trilyon 71 milyard kubmetr təşkil edirdi.

BORU XƏTTİNDƏ RUSİYA, LNG-DƏ QƏTƏR LİDERDİR

Ötən il dünyada kəmərlər ilə qaz ixracında 215 milyard 400 milyon kubmetrlə Rusiya ilk yeri tutub. Rusiyanın ardından 109 milyard 200 milyon kubmetrlə Norveç ikincidir.

Almaniya 94 milyard 800 milyon kubmetrlə 2017-də kəmərlərlə ən çox qaz alan ölkə mövqeyindədir. Almaniyanın ardınca 80 milyard 700 milyon kubmetrlə ABŞ yer alır.

Sözügedən dövrdə qlobal bazarda ən çox LNG satışı həyata keçirmiş ölkə 103 milyard 400 milyon kubmetrlə Qətər olub. Qətərin ardından 75 milyard 900 milyonluq satışla Avstraliya ikinci yeri tutub.

Ötən il ən çox LNG alan ölkə 113 milyard 900 milyon kubmetrlə Yaponiya olub. Bu ölkənin ardınca 52 milyard 600 milyon kubmetr LNG alan Çin gəlir.

  • Əvvəlki

    ABŞ birjaları azalaraq bağlanıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0