USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Hasilatın 500 min artırılması qərarını bazarlar "həzm" edəcək"

20.06.2018 İqtisadiyyat
0 0
Londonda fəaliyyət göstərən enerji bazarları üzrə məsləhət və araşdırma təşkilatı "Energy Aspects"in geosiyasi analitiki Rikardo Fabiani, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən cümə günü Vyanada keçiriləcək iclasda hasilatın artırılması barədə qərar qəbul olunacağını bildirib.

"Kommersant" xəbər verir ki, o, "Bazarlar üçün əsas məsələ artım miqdarıdır. Ölkələrin xam neft hasilatlarını bütövlükdə gündəlik 500 min barrel və ya daha az artırmaq qərarı verilməsi halında, bazarlar bunu sürətli şəkildə "həzm" edəcək. Bir neçə həftə ərzində bazardakı yüksək tələb və aşağı təklif səbəbindən qiymətlər yenidən yüksəlişə keçəcək",- deyib.

Fabiani verdiyi açıqlamada, OPEC və Rusiyanın neft hasilatını gözlənildiyindən az artırması vəziyyətində qiymətlərin yüksələcəyini söyləyib.

Ötən həftə Rusiyanın, OPEC və OPEC-ə daxil olmayan ölkələrin ümumi hasilat həcmini gündəlik 1,5 milyon barrel qaldırmasını təklif etdiyini xatırladan Fabiani, bazar ertəsi günü də Səudiyyə Ərəbistanı və bəzi OPEC ölkələrinin sözügedən miqdarın gündəlik 300 min ilə 600 min barrel olması lazım olduğunu bildirdiklərini xatırladıb.

Fabiani, İran və Əlcəzair kimi OPEC ölkələrinin isə istehsalı artırmaq qərarına qarşı olduğunu bildirərək, veriləcək qərarın ilin sonunda müddəti başa çatacaq hasilatın azaldılması müqaviləsinin ləğvi anlamına gəlməyəcəyini və sözügedən müqavilə üzrə kvotaların yenilənə biləcəyini qeyd edib.

"SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ RUSİYA HƏMRƏYLİK GÖSTƏRƏCƏK"

Çikaqodakı broker şirkəti "Price Futures Group"un bazar analitiki Amerika Phil Flynn da ən yüksək halda xam neft istehsalının gündəlik 1,5 milyon barel artırılacağı qərarının bir hissəsinin indidən qiymətlərdə əks olunduğunu bildirib.

OPEC üzvlərindən İran, İraq və Venesuelanın xam neft istehsal miqdarının artırılmasına qarşı olduğunu vurğulayan Flynn, "Səudiyyə Ərəbistanı və Rusiyanın birlik və həmrəylik göstərmək üçün cəmi hasilat miqdarını gündəlik orta hesabla 1 milyon barrel artırmaq məsələsində həmfikir olacağına inanıram",- ifadələrini istifadə edib.

Flynn, OPEC və OPEC-ə daxil olmayan ölkələrin hasilatı gündəlik orta hesabla 1 milyon barrel artırması vəziyyətində isə ilk öncə qısa bir dövrdə satış mövqeyi yaranacağını, ancaq daha sonra bazarlarda geri sıçrayış görüləcəyini və qiymətlərin yüksələcəyini söyləyib.


Dünya üzrə yay mövsümündə neft tələbinin yüksələcəyinə diqqəti çəkən Flynn, OPEC ölkələri və Rusiyanın əlavə hasilat gücünün artan qlobal tələbatı ödəyib - ödəmədiyinin əhəmiyyətli olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanı və Rusiyanın cəmi əlavə hasilat gücünün gündəlik orta hesabla 1,5 - 2 milyon barrel arasında olduğunun təxmin edildiyini qeyd edən Flynn, əlavə hasilat tələb olunduğu halda ABŞ-da şist nefti istehsalçılarının da sürətlə xam neft hasilatlarını artıracağını sözlərinə əlavə edib.

  • Əvvəlki

    Azərbaycanlıların Türkiyədə aldığı mənzillər daha da artdı

Digər xəbərlər