USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TANAP tam nəqletmə gücünə 2022-ci ildə çatacaq

21.11.2020 İqtisadiyyat
0 0
Gələn il Trans-Anadolu qaz kəməri (TANAP) ilə 12,2 mlrd. kubmetr həcmində qazın nəqli planlaşdırılır.

"Kommersant.az" Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, Türkiyə və Avropa üçün nəzərdə tutulan qazla birlikdə qaz kəməri ilə gələn il 12,2 mlrd. kubmetr qazın nəqli gözlənilir. TANAP-la qazın tam gücü ilə nəqli (16 mlrd. kubmetr) 2022-ci ildə mümkün olacaq.

S. Düzyol onu da qeyd edib ki, TANAP kommersiya məqsədli qazın Avropaya nəql etmək üçün tam hazırdır.

Konsorsium rəsmisi istifadəyə veriləndən TANAP-la Türkiyəyə 7,5 mlrd. kubmetrdən çox qazın çatdırıldığını da vurğulayıb.

Hazırda TANAP-ın illik nəqletmə gücü 16 mlrd. kubmetrdir. Kəmərin nəqletmə gücü 31 mlrd. kubmetrədək artırıla bilər.

  • Əvvəlki

    Azərbaycanda avtomobil servis xidməti - LƏĞV OLUNDU

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0