USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan 2020-ci ildə elektrik enerjisi istehsalını 1,1% azaldıb

15.01.2021 İqtisadiyyat
0 0
2020-ci ildə respublika üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2389,3 mln. kVt·st, ixracı 157,56 mln. kVt·st, idxalı 10,7 mln. kVt·st olub.

"Kommersant.az" xəbər verir ki, 2020-ci ilin yanvar-dekabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı 25811,2 mln. kVt·st təşkil edib. Hesabat dövründə elektrik enerjisinin istehsalı İES-lərdə 24398,2 mln. kVt·st, SES-lərdə 1069,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 343,55 mln. kVt·st olub.

Bildirilir ki,bu dövrdə Külək Elektrik Stansiyalarında 96,1 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 200,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2020-ci ildə elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 23033,8 mln. kVt·ts (İES-lərdə 22142,5 mln. kVt·st, SES-lərdə 891,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 429,7 mln. kVt·st (İES-lərdə 230,8 mln. kVt·st, SES-lərdə 157,8 mln. kVt·st, Günəş ES-də 41,1 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 2272,7 mln. kVt·st, "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında isə 75,1 mln. kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin ixracı 1147,8 mln. kVt·st, idxalı isə 136,3 mln. kVt·st olub.

  • Əvvəlki

    Maşın bazarında Lada avtomobillərin qiymətləri - BAHALAŞIB?

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0