Azərbaycanlı xanım BP-nin vitse-prezidenti təyin edildi

25.06.2018 Energetika
BP-nin yeni vitse prezidenti – Nərminə Nəbiyeva

"Kommersant" bildirir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə modernləşdirmə və transformasiya proqramına rəhbərlik edən Nərminə Nəbiyeva 18 iyun 2018-ci il tarixindən şirkətin insan resursları üzrə vitse prezidenti təyin olunub. Bu barədə "Marja"ya BP-dən bildirilib.

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

Bu vəzifədə Nərminə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq.

Nərminə Nəbiyeva bu yeni vəzifəyə biznes əlaqələri və rəhbərlik sahəsində zəngin təcrübəsi ilə gəlir. Bundan əvvəl o, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə insan resursları şöbəsində, Hindistanda BP-nin Reliance şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və BP-nin apstrim seqmentinin talant və öyrənmə qrupunda çalışıb.

Nərminənin Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalabr dərəcəsi və Böyük Britaniyanın Robert Qordon Universitenindən menecment üzrə diplomu var. O həmçinin İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun (CİPD) üzvüdür.