USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiymətlərində sürətli artım

27.06.2018 İqtisadiyyat
0 0
ABŞ-ın müttəfiqlərindən, İrandan neft idxalını noyabr ayına qədər dayandırmasını istədiyi bildirilir.

"Kommersant" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyindən bir səlahiyyətlinin telekonfransla jurnalistlərə verdiyi açıqlamada, müttəfiq ölkələrdən və şirkətlərdən İrandan etdikləri neft idxalını 4 Noyabra qədər dayandırmalarını tələb edildiyini bildirib.

Açıqlamada, sözügedən şirkətlərin bu tarixdən sonra İrandan neft idxal etmələri vəziyyətində ABŞ-ın sanksiyaları ilə qarşılaşa biləcəyi xəbərdarlığı edilib.

Həmçinin səlahiyyətli, ABŞ-ın Türkiyə, Çin və Hindistan kimi İrandan nefti idxal edən ölkələrlə məsələ haqqında danışıqlar aparıldığı məlumatını verib.

Açıqlamanın ardından qlobal neft bazarında xam neftin qiymətlərində sürətli artım baş verib.

Brent neftin barrel qiyməti 2,5 faiz artımla 76,56 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli neftinin barrel qiyməti isə 4 faiz artımla 70,88 dollara qədər qalxıb (Saat 07:50-yə olan məlumat)

ABŞ Prezidenti Donald Tramp may ayının əvvəlində ölkəsinin İran ilə nüvə müqaviləsindən çıxması barədə qərar vermişdi. ABŞ Xəzinə Nazirliyi İrana qarşı sanksiyaların 90 və 180 günlük periodlarla yenidən tətbiq edilməyə başlanacağını bildirmişdi.

Xəzinə Nazirliyi, sözügedən periodun müvafiq olaraq 6 Avqust və 4 Noyabr tarixlərində başa çatacağını bildirmişdir.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən böyük üzvlərindən olan İranın xam neft hasilatı ötən ay gündəlik orta hesabla 3,8 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracının gündəlik orta hesabla 2 milyon barel olduğu ehtimal edilir.

  • Əvvəlki

    "ABŞ-ın LNG bazarındakı payı 5 ildə 5 dəfə artacaq"

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0