"SOCAR Methanol"un ixracı kəskin azalıb

03.07.2018 Energetika
"SOCAR Methanol" MMC-nin ixracı azalıb.

"Kommersant" xəbər verir ki, 2017-ci ilin ilk 5 ayında 6,9 milyon dollar məbləğində olmuş ixrac, 2018-ci ilin ilk 5 ayında 2,6 milyon dollara düşüb (2,6 dəfə azalma).

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən, Qafqazda ilk və yeganə olan Metanol zavodu 2013-cü ildə istismara verilmiş və ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsal obyektidir. Zavodun qurulmasında dünyada qabaqcıl texnologiya hesab edilən, İngiltərənin ICI firmasının aşağıtəzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. Zavodun idarəetməsi 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol MMC” tərəfindən təhvil alınmışdır. İstehsalat prosesində əsas xam maddə olan təbii qazla təminat SOCAR tərəfindən həyata keçirilir.

  • Əvvəlki

    Baş vermiş qəza ilə bağlı növbəti rəsmi məlumat

Digər xəbərlər

22.03.2019 Energetika
Neftimiz ucuzlaşıb
0 0
19.03.2019 Energetika
Neftimiz bahalaşıb
0 0
18.03.2019 Energetika
Neft ucuzlaşır
0 0
15.03.2019 Energetika
Azərbaycan nefti bahalaşıb
0 0
14.03.2019 Energetika
Neftimiz bahalaşdı
0 0