Qarabağ Azərbaycandır!

Keçən il SOCAR üzrə neft məhsullarının 82 faizi daxili bazarda satılıb

04.09.2018 Energetika
Ötən il ərzində SOCAR üzrə neft məhsullarının 82 faizi daxili bazarda satılıb, qalan 18 faizi isə ixrac olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.
Hesabata görə, SOCAR-ın emal kompleksinin neft emalı zavodlarında 2017-ci ildə 5 milyon 810 min ton xam neft emal olunub. Hesabat ilində emal olunmuş xammaldan 1 milyon 215,2 min ton avtomobil benzini, 588 min ton reaktiv mühərrik yanacağı, 1 milyon 849,2 min ton dizel yanacağı, 200,6 min ton maye qazlar, 237,1 min ton bitum, 35 min ton sürtkü yağları, 226,9 min ton koks və sair məhsullar istehsal edilib. 2017-ci ildə neft emalının dərinliyi 91,9 faiz təşkil edib.