Qarabağ Azərbaycandır!

SOCAR metanol zavodu tikəcək

27.09.2018 Energetika
"SOCAR Rusiyada metanol zavodu tikməyi planlaşdırır".

"Kommersant.az" xəbər verir ki, bunu “SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov Bakıda keçirilən IX Azərbaycan-Rusiya regionlararası forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı Rusiya şirkəti ilə danışıqlar aparılır: “Söhbət irimiqyaslı istehsalatdan gedir. Biz "SOCAR Polymer" təcrübəsini daha da artırmaq fikrindəyik”.

F.Cəfərov sözügedən layihənin Rusiyada qazın sərfəli qiyməti sayəsində rəqabətqabiliyyətli ola biləcəyini vurğulayıb: "Zavodda Rusiya xammalının istifadə ediləcəyi güman olunur".