USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Benzin bahalaşacaq?

28.09.2018 İqtisadiyyat
0 0
"Benzin istehsalı davam edəcək deyə, 80 min tondan artıq ixrac gözlənilmir".

Bunu "Kommersant.az" a açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-sazlama işləri orta hesabla 1 ay müddətinə aparılacaq (həmin müddətdən az, yaxud çox da ola bilər):

"Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu hər il təmirə bağlanır. Lakin bu müddətdə bütün qurğuların fəaliyyəti dayandırılmır. Məsələn, yanacaq istehsal edən qurğuların bəziləri fəaliyyətini dayandırmayacaq. Zavodda, eyni zamanda, geniş miqyaslı yenidənqurma və modernizasiya aparılır. Məqsəd, daha keyfiyyətli və böyük həcmdə yanacaq məhsullarının istehsalının aparılmasıdır. Həmin müddətdə tədarük edilən benzindən əlavə yanacaq idxal olunur. Türkmənistan variantlardan biridir (qəti deyil). Hələ ki, bazarın tələbatını qarşılamaq üçün əvvəlki aylarda tədarük edilən məhsul var. Bundan sonra isə bir müddət üçün əlavə məhsul idxal oluna bilər. Dövlətə aksiz vergisinin götürülməsi üçün müraciət edirik və bunun sayəsində satılan məhsulun bazar qiymətində də dəyişiklik olmur. İxrac olunacaq benzinin həcmi dəqiq deyil. Rəqəm illər üzrə dəyişir. "Aİ-92" markalı benzinə olan aylıq tələbat 100-120 min ton civarındadır. Benzin istehsalı davam edəcək deyə 80 min tondan artıq ixrac ola bilməz".

SOCAR rəsmisi qeyd edib ki, "Aİ-92" markalı benzin və dizel kimi yanacaqların qiymətini bazarda olan hər hansı bir şirkət müstəqil şəkildə qaldıra bilməz.

İqtisadçı ekspert İlham Şaban isə məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, zavodun neft məhsulları ilə bağlı ehtiyat çənləri ölkənin benzinə olan həftəlik tələbatını ödəməyə kifayət edir:

"Adətən 21-22 günə cari təmir işlərini başa çatdırırlar. 2016-cı ilin 17 avqustunda Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarına dəyişiklik etməsi nəticəsində 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0 %-ə endirildi. Oktyabrın sonundan etibarən isə yenidən bərpa olundu. Bu isə daxili bazarda 92 oktanlı benzinlə bağlı qiymət artımının olmamasına görə həyata keçirilib. İxrac olunacaq benzinin həcmi istifadədən asılıdır. 80 min ton maksimal variantdır. "Aİ-92" markalı benzinin qiymətinin bahalaşma ehtimalı yoxdur. Buna hələ ki, Azərbaycan praktikasında rast gəlinməyib.