Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb
"Kommersant.Az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,66 dollar və ya 0,92% ucuzlaşaraq 70,70 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,35 dollar və ya 0,45% enərək 77,12 dollar olub.