USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ABB-Moskva” IBA-EXPRESS-lə pul köçürmələrini dayandırır

11.05.2018 Bank
0 0
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi - “ABB-Moskva” iyunun 1-dən təsisçisinə məxsus IBA-EXPRESS pulköçürmə sistemi ilə əməliyyatları dayandıracaq.

Kommersant.Az” xəbər verir ki, bu barədə Rusiya bankının müştərilərinə müraciətində bildirilir.

Məlumata görə, bununla əlaqədar mayın 14-dən fiziki şəxslərə pul köçürmələri xidməti göstərən şöbələr bağlanacaq.

IBA-EXPRESS şəbəkəsi ilə indiyə qədər göndərilmiş pul köçürmələri üzrə ödənişlər və onların geri qaytarılması ilə bağlı suallarla "ABB-Moskva"nın istənilən pulköçürmənə şöbəsi və müştərilərlə əməliyyatlar departamentinə müraciət etmək olar.