USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC Maduroya üz çevirdi

12.02.2019 İqtisadiyyat
0 0
Venesuela prezidenti Nikolas Maduro OPEC-i ABŞ tərəfindən ölkəsinin neft sektoruna yönəlmiş sanksiyaları pisləməyə çağırıb, lakin kartel onun bu çağırışına cavab verməyib.

"Kommersant.az" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Maduronun adından 29 yanvar tarixində OPEC-in baş katibi Məhəmməd Barkindoya ünvanlanmış məktub barədə məlumatlı olan mənbəyə istinadən "Reuters" məlumat yayıb.

"Ölkəmiz hazırda ABŞ-ın Venesuelanın daxili işlərinə qanunsuz və əsassız müdaxiləsinə qarşı apardığımız mübarizədə OPEC ölkələri və onun nazirlər konfransının həmrəylik və tam dəstəyinə ümid bəsləyir", - deyə agentlik Maduronun OPEC-in baş katibinə yazdığı məktubdan sitat gətirir.

Maduro OPEC-i bu hərəkətlərin qlobal neft bazarına təsir göstərdiyini və təşkilata daxil olan digər ölkələr üçün yaratdığı riski nəzərə almaqla ABŞ-ın sanksiyalarına müqavimət göstərməyə yönəlmiş qərarlar tapmaqda Venesuelaya köməklik göstərməyə çağırıb.

  • Əvvəlki

    Azərbaycanda yenidən zəlzələ oldu

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0