USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ruslar neft istehsalında ərəbləri üstələyib

19.02.2019 İqtisadiyyat
0 0
Rusiya neft istehsalında dünya üzrə ikinci yerə çıxıb.

Ötən il Rusiya neft istehsalı üzrə rekord göstəriciyə nail olub. JODI portalının dərc etdiyi məlumatlar belə deməyə əsas verir.

2018-ci ildə Rusiya sutkada 10,7 mln. barrel neft hasilatıyla reytinqdə ikinci yeri tutub. Bu göstəricilərlə o, sutkada 7,69 mln. barrel neft istehsal edən Səudiyyə Ərəbistanını qabaqalyıb.

Siyahıda birinci yeri sutkada 11,66 mln.barrel istehsal edən ABŞ tutub.