USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rosneft” İraqda yeni neft yatağı tapıb

23.05.2018 İqtisadiyyat
0 0
“Rosneft” İraqda “Salman” adlı yeni neft yatağı açıb

"Kommersant.az" xəbər verir ki, "Rosneft"ə məxsus "Bashneft International B.V." İraqda yeni neft yatağı açıb. Neft yatağı İraqda 12 nömrəli ilk kəşfiyyat quyusunun qazılmasının nəticələrinə əsasən açılıb.

Şirkətin məlumatına görə, kəşfiyyat quyusu 4277 metr dərinliyə qədər uğurla qazılıb. Sınaqların nəticəsində neft axını tapılıb. Qeyd edilib ki, "Rosneft"in bu kəşfi xaricdə axtarış və istehsal üçün layihələrin inkişaf etdirilməsində əhəmiyyətli addımdır.

12-ci blok İraqın cənub-qərbində yerləşir. Blokun ərazisi 7680 kvadratkilometrdir. Layihənin operatoru "Bashneft International B.V."dir.

  • Əvvəlki

    Azərbaycanda aqrar sektorun maliyyə resurslarına çıxışı asanlaşdırılır

Digər xəbərlər