USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal neft hasilatı azalıb

15.05.2019 İqtisadiyyat
0 0
Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı apreldə gündəlik 60 min barel artaraq 30 milyon 210 min barel təşkil edib.

Xam neft hasilatı xaric digər istehsallar ilə birlikdə OPEC-in cəmi neft istehsalı gündəlik 35 milyon 780 min barel reallaşıb.

OPEC-ə üzv olmayan ölkələrin neft istehsalı isə 370 min barel azalaraq gündəlik 63 milyon 550 min barel olub.

Beləcə, qlobal neft hasilatı apreldə mart ayı ilə müqayisədə gündəlik 300 min barel azalaraq 99 milyon 330 min barel təşkil edib. Qlobal neft hasilatının azalmasına Kanada, Qazaxıstan, Azərbaycan və İranda hasilatın azalması səbəb olub.

2019- DA TƏLƏB ARTACAQ

Hesabata görə, qlobal neft tələbinin bu il gündəlik ortalama 1 milyon 300 min barel artımla 100 milyon 400 min barelə yüksəlməsi nəzərdə tutulur.

  • Əvvəlki

    Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0