USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Trampın açıqlamasından sonra ucuzlaşır

28.05.2019 İqtisadiyyat
0 0
Neft qiymətləri, ABŞ və Çinin ticarət sazişindən hələ uzaq olduqlarına dair işarələr ilə düşür.

Digər tərəfdən, Bəsrə körfəzindən Venesuelaya qədər təklif riskləri investorların təmkinli olmasına gətirib çıxarır.

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Çin ilə bir ticarət sazişi bağlamağa hazır olmadığını söyləyib. Bu açıqlama ABŞ və Çin münasibətlərinə dair narahatlıqları artırıb. ABŞ və Çin arasında saziş olmasa hər iki ölənin iqtisadiyyatının, həmçinin qlobal iqtisadiyyatın zərər görəcəyi və neftə tələbin azalacağı ehtimal edilir.

Bakı vaxtı ilə saat 11:30-a olan məlumata görə, Brent nefti 0,5% ucuzlaşma ilə 69,77 dollardan alıcı tapıb. Dünən Brent neftinin qiyməti yenidən 70 dolları keçmişdi.

ABŞ xam nefti isə 0,4% ucuzlaşma ilə 58,88 dollara düşüb.

  • Əvvəlki

    “Zaminbank”dan yarım milyon manat çıxaran şəxsə ağır cəza

Digər xəbərlər