USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qeyri-OPEC ölkələri sazişin uzadılmasını dəstəklədi

02.07.2019 İqtisadiyyat
0 0
OPEC-ə daxil olmayan neft hasil edən ölkələr Əməkdaşlıq Haqqında Uzunmüddətli Xartiyanı təsdiqləyiblər.

"Kommersant.az" xəbər verir ki ,bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, bu xartiya gələcək tərəfdaşlığın fundamenti olmalıdır. O, OPEC nümayəndələrinə bu xartiyaya əllərini qaldırmaqla səs verməyi təklif edib. Xartiya yekdilliklə qəbul edilib.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falih də bildirib ki, qeyri-OPEC ölkələri də OPEC sazişinin 9 ay müddətinə uzadılması ilə bağlı qərara qoşulublar. O bildirib ki, sazişin 9 ay müddətinə uzadılması razılaşdırılıb və fiziki olaraq xartiya bütün OPEC+ ölkələri arasında imzalanıb.

"Biz sazişin uzadılmasına razılaşdıq", - deyə əl Falih bildirib.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin iclası tam yekunlaşmayıb. Hazırda iclas kiçik heyətlə davam etməkdədir.

Marja.az

  • Əvvəlki

    Azərbaycanlı şagirdlər ABŞ-da keçirilən "Dahilərin olimpiadası"nda fərqlənib - FOTOLAR

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0