USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqı “sərt Brexit” üçün büdcə maliyyəsini təsdiq edib

09.07.2019 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) Şurası Böyük Britaniyanın saziş imzalamadan qurumun üzvlüyündən çıxması ("Brexit") ehtimalını nəzərə alaraq bu ilin büdcəsinin ehtiyat variantını qəbul edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Həmin variantın məqsədi "sərt" "Brexit"in kənd təsərrüfatı, elmi tədqiqatlar kimi bir sıra sahələrə mənfi təsirini yumşaltmaqdır.

Aİ Şurası həmçinin Böyük Britaniyanın cari il üçün üzvlük haqqı ödəyəcəyi müddətdə "Brexit"ə qədər imzalanmış müqavilə və qərarlar üzrə britaniyalı benefesiarlara ödənişlərin davam etdiriləcəyini nəzərə alıb. Xatırladaq ki, bu fövqəladə tədbirlərə Avropa Parlamenti bu il aprelin 17-də razılıq verib.

  • Əvvəlki

    Bu rayona gedən sürət qatarı ləğv edilir - DİQQƏT

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0