EIA OPEC+ sazişinin 2021-ci ilin sonuna uzadılacaq

15.01.2020 Energetika
ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) neft hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC+ sazişinin 2021-ci ilin sonunadək davam edəcəyini proqnozlaşdırır.

Bu barədə EIA-nın hesabatına əsasən xəbər verilir.

“Ötən ilin dekabrın 6-da OPEC+ ölkələri hasilatının bir qədər də azaldılacağını elan etmişdi. Yeni OPEC+ sazişində gündəlik hasilatın 2018-ci ilin oktyabr ayından 1,7 barel az olacağı hədəflənir. Bundan əvvəlki razılıqda isə 1,2 mln. barel azalma nəzərdə tutulurdu. Sazişin müddəti 2020-ci ilin mart ayının sona qədərdir.Buna baxmayaraq, EIA hesab edir ki, OPEC qlobal neft bazarını balanslaşdırmaq üçün hasilatın məhdudlaşdırılmasını 2020 və 2021-ci illərdə davam etdirəcək. Bir çox OPEC ölkələrinin hasilatı məhdudlaşdırması, həmçinin İran və Venesuelanın hasilatında davam edən azalma nəticəsində 2020-ci ildə OPEC üzrə hasilatın azalacağı gözlənilir”,- məlumatda qeyd edilib.

EIA-nın proqnozuna görə, 2020-ci ildə OPEC üzrə gündəlik xam neft hasilatı orta hesabla 29,2 mln. barel olacaq ki, bu da 2019-cu ildən 0,6 mln. barel azdır. 2021-ci ildə isə gündəlik xam neft hasilatının 0,1 mln. barel artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

Report

  • Əvvəlki

    Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ən çox müraciət edən qurumlar - SİYAHI

Digər xəbərlər

09.12.2019 Energetika
Qaz ucuzlaşıb
0 0
03.12.2019 Energetika
Neftin bahalaşması davam edir
0 0
02.12.2019 Energetika
Qaz bahalaşıb
0 0
02.12.2019 Energetika
Neft yenidən bahalaşıb
0 0