USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirus OPEC+ ölkələrini hərəkətə gətirdi

05.02.2020 İqtisadiyyat
0 0
OPEC+ ölkələrinin Birgə Monitorinq Komitəsinin mütəxəssisləri Çində yayılan koronavirusun neft tələbatına təsirini nəzərdən keçiri.

"Kommersant.az" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər dünən Vyanada toplaşıb. Toplantının ilk günündə komitə üzvləri Çinin BMT-dəki nüməndəsi Vanq Qunu dinləyib və koronavirusun yayılmasına hansı reaksiyanın verilməsini müzakirə edib.

Bəzi iddialara görə, Səudiyyə Ərəbistanı və Rusiya hasilatın daha da azaldılmasına razılıq verərsə, komitə OPEC+ ölkələrinin iclasının daha tez keçirilməsini tövsiyə edə bilər. Məlumat üçün deyək ki, neft hasilatının daha 500 min barel azaldılacağı ilə bağlı məlumatlar dolaşır. Lakin ekspertlər bunun şayiədən başqa bir şey olmadığını deyirlər.

OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib.

Yanvarda dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. Belə ki, OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.

2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC plus" üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

  • Əvvəlki

    Sahil Babayev monitorinq qrupu yaradır - Prezidentin tapşırığı ilə

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0