“SOCAR Ukraine” Müdafiə Nazirliyinə 5 min ton reaktiv yanacaq tədarük edəcək

06.06.2018 Energetika
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Ukraine” şirkəti Ukrayna Müdafiə Nazirliyinə 5 min ton həcmində reaktiv mühərrik yanacağı tədarük edəcək.

"Kommersant" xəbər verir ki, “SOCAR Ukraine” Ukrayna Müdafiə Nazirliyinin 24,880 min ton reaktiv mühərrik yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub. Şirkət iki lotun qalibi olub.

“SOCAR Ukraine”nın tədarük edəcəyi yanacağın qiyməti 28 878 qrivna/tondur.

Yanacağın tədarükü 1 avqust - 30 sentyabr tarixlərində həyata keçiriləcək.

  • Əvvəlki

    "Rabitəbank"ın səhmdarlarından biri bankdakı payını artırıb

Digər xəbərlər

19.04.2019 Energetika
Neft bahalaşdı
0 0
18.04.2019 Energetika
Neft bahalaşdı
0 0