USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan yanacaq idxalını 5%-ə yaxın azaldıb

12.02.2020 İqtisadiyyat
0 0
Ötən ay Gürcüstan 74,7 min ton benzin və dizel yanacağı idxal edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

İllik müqayisədə qonşu ölkənin yanacaq idxalında 3,7 min ton və ya 4,7% azalma qeydə alınıb.

Yanvar ayında 42 min ton (-23%) benzin, 5,9 min ton (+18%) dizel yanacağı tədarük olunub.

Hesabat ayında Gürcüstan ən çox Rusiyadan yanacaq (23,2 min ton) idxal edib. Rusiyanın qonşu ölkənin yanacaq idxalındakı payı 31%-ə bərabər olub.

Gürcüstan həmçinin Rumıniya (22,3 min ton), Türkmənistan (10,6 min ton), Bolqarıstan (8,5 min ton), Türkiyə (3,7 min ton), Yunanıstan (3,6 min ton) və digər ölkələrdən də benzin və dizel alıb.

Yanvar ayında qonşu ölkədə yanacaq istehlakında da azalma olub. Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi növbəti aylarda yanacağın idxal və istehlakında artımın olacağını proqnoz edib.

  • Əvvəlki

    Ramiz Mehdiyevdən AMEA-da ixtisarlar - Yeni şöbələr yaratdı

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0