USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya OPEC+ sazişinə baxmayaraq neft hasilatını artırdı

24.04.2020 İqtisadiyyat
0 0
Rusiyada aprelin 22-də sutkalıq neft hasilatı əvvəlki günlə müqayisədə 0,6 faiz artıb.

"Kommersant.az"-ın məlumatına görə, ölkəda neft hasilatı OPEC+ çərçivəsində əldə olunan sazişə baxmayaraq çoxalıb.

Aprelin ortalarınadək Rusiyada sutkada 1,537 milyon ton neft hasil edilib. Aprelin 17-dən bəri artım 0,8 faiz təşkil edib.

Xatırladaq ki, aprelin 11-də OPEC və təşkilata daxil olmayan ölkələr (OPEC+) neft hasilatını ümumilikdə, sutkada 9,7 milyon barel azaltmaq barədə razılıq əldə edib. Razılaşma mayın 1-dən qüvvəyə minəcək.

  • Əvvəlki

    Moskvada koronavirusdan daha 37 nəfər ölüb

Digər xəbərlər