USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Norveç iyun-dekabr aylarında neft hasilatını azaldacaq

30.04.2020 İqtisadiyyat
0 0
Norveçin Neft və Energetika Nazirliyi ölkənin iyun-dekabr aylarında neft hasilatını azaldacağını bildirib.

"Kommersant.az" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.

"Biz iyun ayında neft hasilatını gündə 250 min barel, 2020-ci ilin ikinci yarısında isə gündə 134 min barel azaldacağıq. Bundan əlavə, bəzi yataqlarda hasilatın başlanması 2021-ci ilə qədər təxirə salınacaq", – deyə neft və energetika naziri Tina Bru bildirir.

"Müvafiq olaraq, 2020-ci ilin dekabr ayında Norveçin ümumi neft hasilatı gündə 300 min barel az olacaq", – nazir əlavə edir.

Qeyd edək ki, Norveç dünyanın ən böyük neft ixracatçıları sırasındadır. Ölkənin neft-qaz sektoru ÜDM-nin 18%-nə bərabərdir.

Xatırladaq ki, aprelin 12-də OPEC+ iştirakçıları neft hasilatının may-iyun aylarında gündə 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2022-ci ilin sonuna qədər 5,8 milyon barel azaldılması üzrə ortaq razılığa gəliblər. OPEC+ müqaviləsinin iştirakçısı olmayan bir sıra dövlətlər, o cümlədən ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya da neft hasilatını gündə 4-5 milyon barel azaltmağa razı olublar.

  • Əvvəlki

    “Azərenerji” dənizdə böyük estakada tikir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0