USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyə Ərəbistanı neft təminatını 40 faizə qədər azaldıb

16.06.2020 İqtisadiyyat
0 0
Səudiyyə Ərəbistanı, OPEK-in neft hasilatı ilə bağlı məhtudiyyətlərin müddətini uzatmaq qərarından sonra bəzi Asiya alıcılarına tədarükü 40 faizədək azaldıb

"Kommersant.az" "Bloomberg"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, OPEC + hasilatın azaldılması ilə bağlı razılaşmanı iyul ayına qədər uzatmağa razılıq verdikdən sonra gələn ay Asiyadakı yeddi emal zavoduna verəcəyi xam neftin miqdarını azaltdıb.

Zavod rəsmilərinin verdiyi məlumata görə, iyul ayında yeddi alıcı tərəfindən alınacaq neftin həcmi 10 faiz azalaraq 40 faizə enmişdir.

OPEC + bazarın bərpasını dəstəkləmək üçün məhtudiyyətləri daha bir ay uzatmağa razılıq verib. Çin, karantin tədbirlərini azaltdıqdan sonra Asiyada neft tələbatının bərpa olunmasında ilk addımı atdı. Ancaq bölgədəki bərpa prosesinin hər yerdə eyni templə olmaması gözlənilir.