İrandan Türkiyəyə qaz nəqli bərpa olunub

03.07.2020 Energetika
İran Təbriz-Ankara boru kəməri ilə Türkiyəyə qaz nəqlini bərpa edib.

Bu barədə “Shana” agentliyi İranın milli qaz şirkətinə istinadən məlumat yayıb.

Məlumatda qaz nəqlinin bundan əvvəl Ankara ilə Tehran arasında əldə olunmuş razılaşmaya əsasən həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, boru kəməri martın 31-də terrorçular tərəfindən partladılmışdı. 2,5 min kilometr uzunluğunda olan kəmərin illik ötürücülük gücü 14 milyard kubmetrdir.

  • Əvvəlki

    Cəlal İsayev: “Maskanın qiyməti aşağı salınsa, daha yaxşı olar” - VİDEO

Digər xəbərlər

02.07.2020 Energetika
Myanmada mədəndə qəza: 50 ölü
0 0
01.07.2020 Energetika
Oman neft ixracını azaldacaq
0 0