USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC Azərbaycan üzrə maye karbohidrogen hasilatı proqnozunu azaldıb

12.11.2020 İqtisadiyyat
0 0
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ilin oktyabr ayında Azərbaycanda maye karbohidrogen hasilatı 10 min barel azalaraq orta hesabla 710 min barel təşkil edib..

Azərbaycanda 2020-ci ildə maye karbohidrogen istehsalı 60 min barel azalaraq 730 min barelə çatacağı proqnozlaşdırılır. 2021-ci ildə isə maye karbohidrogen hasilatı 10 min barel azalaraq 720 min barel təşkil edəcəyi gözlənilir.

Bu ilin II rübündə Azərbaycan maye karbohidrogen hasilatını I rüblə müqayisədə 60 min barel azaldaraq 730 min barelə, III rübündə isə daha 30 min barel azaldaraq 700 min barelə endirib. Bu ilin IV rübündə isə 20 min barel azaldaraq 680 min barelə endirəcəyi proqnozlaşdırılır.

Xam neftin hasilatı oktyabr ayında 585 min barel təşkil edərək sentyabr ayındakı göstəricilərinə nisbətən 12 min barel azalıb.

report

  • Əvvəlki

    Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0