Neft, ABŞ-ın İran açıqlaması ilə bahalaşır

27.06.2018 Energetika
ABŞ müttəfiq ölkələrə və onların şirkətlərinə 4 Noyabra qədər İrandan neft alışını dayandırmaları barədə təzyiq gösətrir. Ölkələrin şirkətləri bu tarixdən sonra İrandan neft idxal etmələri vəziyyətində ABŞ-ın sanksiyaları ilə qarşılaşa biləcəklər.

Həmçinin özəl sektor göstəriciləri ABŞ-da stokalrın (ehtiyatların) 2.3 milyon barrel düşdüyünü göstərib.

Neft qiymətləri, ABŞ Xəzinə Nazirliyinin rəsmisinin, müttəfiq ölkələrin və şirkətlərinin İrandan etdikləri neft idxalını 4 Noyabra qədər dayandırmalarını tələb etdiyini bildirməsindən və ehtiyatların azaldığının açıqlanmasından sonra yüksəlir.

"Kommersant" xəbər verir ki, Bakı vaxtı ilə saat 16:45-də, Brent nefti 1%-ə yaxın da bahalaşaraq 77 dollara qalxıb. Qərbi Texas neftinin qiyməti də 1% bahalaşaraq 71,21dollara çatıb.

Neft qiymətləri bundan əvvəl 3% yüksəlmişdi.