USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni maliyyə mənbəyi yaranır

28.06.2018 İqtisadiyyat
0 0
Energetika və təbii sərvətlər naziri Berat Albayrak "Duz gölü təbii qaz layihəsi"nin imzalanma mərasimində bəzi açıqlamalar verib.

"Kommersant" xəbər verir ki, nazir açıqlamasında sözügedən layihə üçün xarici dövlətlərlə 1,2 milyard dollarlıq kredit sazişi imzalandığını bildirib. Albayrak bu sazişin Türkiyə üçün əhəmiyyətli maliyyə mənbəyi olacağını və gəlir gətirəcəyini vurğulayıb. O əlavə edib ki, bu layihə ilə bölgədə təbii qazın ticarət mərkəzi olmaq hədəfi istiqamətində önəmli addımlar atılıb.

Nazir, etimadın olduğu yerdə həm sərmayənin, həm də iqtisadiyyatın sürətlə inkişaf edəcəyini, bundan sonra da iqtisadi baxımdan dönüş yaradacaq yeniliklərin tətbiq ediləcəyini söyləyib. O, Türkiyənin 2023 hədəfinə doğru güclü, inamlı və dayanıqlı addımlar atdığını da əlavə edib.

Berat Albayrağın sözlərinə görə, Türkiyənin yeni dönəm siyasəti oliqarxlıqdan uzaq, milli enerji və mədən siyasəti olan korporativ hökumət yolu tutub.