USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazaxıstan Rusiyaya benzin ixrac edəcək

28.06.2018 İqtisadiyyat
0 0
Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin sözlərinə görə, Qazaxıstan və Rusiya neft ixracı ilə əlaqədar olaraq ikitərəfli sazişə dəyişikliklər edəcək.

"Kommersant" xəbər verir ki, əvvəllər neft nəqli, emalı və satışı üzrə idarə heyətinin sədr müavini, "KazMunayQaz" şirkətinin rəhbəri olan Daniyar Tiesovun sözlərinə görə, Qazaxıstan payızdan etibarən Qırğızıstan, Özbəkistan və Tacikistana benzin tədarükünə bel bağlayıb. Belə ki, Qazaxıstan il sonuna qədər bu ölkələrdən 400 min ton, 2019-cu il ərzində isə 1-1,2 milyon ton neft ixrac etməyi planlaşdırır.

Bozumbayev jurnalistlərə açıqlamasında bildirib ki, ixracatla bağlı suallara müqavilənin şərtləri razılaşdırıldıqdan sonra ətraflı cavab vermək mümkün olacaq.

O əlavə edib ki, Rusiya ilə bağlanmış sazişə əsasən, Qazaxıstanın neft ixracı qadağan edilib. Bozumbayev, sözlərində bu vaxta qədər neftin Rusiyadan idxal edildiyinə görə yenidən dövriyyəsi və ixracı qadağan idi. Lakin artıq vəziyyət dəyişib və buna görə Rusiyanın münasibətində dəyişikliyə nail olunmağa çalışılır. Buna isə oktyabrdan tez nail olmaq mümkünsüzdür. Amma qeyd etmək lazımdır ki, Qırğızıstanla gömrük razılaşmasında ortaq məxrəcə gəlinərsə, ixracatı daha qısa vaxtda həyata keçirmək olar.

  • Əvvəlki

    Gəlirli olduğundan maraq artıb - hektardan 50-60 ton məhsul götürəcəklər

Digər xəbərlər