Neft ehtiyyatları azalıb, qiymət bahalaşacaq - EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ

07.07.2018 Energetika
Neftin qiyməti hər barelə görə 150 dollara qədər qalxa bilər.

“Kommersant” xəbər verir ki, ekspertlər geoloji kəşfiyyata investisiyanın azaldılması səbəbindən xammalın azalacağını və bunun da bilavasitə neft bazarında qiymətlərə təsir edəcəyini bildiriblər. Proqnozlaşdırılan rəqəm isə təəccüb doğurub. Belə ki, neftin qiymətinin yaxında 150 dollar olacağı bildirilib. Ekspertlər, 2000-ci illərin əvvəlləri ilə bu günü müqayisə edərək mövcud neft ehtiyyatlarının da 30% azaldığını vurğulayıblar.

Əgər önümüzdəki 20 ildə Asiya əhalisinin 1 milyarddan çox artacağını nəzərə alsaq, neftə yaranacaq tələbatın da nə qədər arta biləcəyini təsəvvür etmək çətin deyil. Bu halda isə istənilən çatışmazlıq qiymətlətin artmasına gətirib çıxaracaq.