Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,37 dollar və ya 0,57% ucuzlaşaraq 64,94 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar və ya 0,58% azalaraq 75,47 dollar olub.