USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın ixrac etdiyi 20 tona yaxın kilkə müsadirə edilib

29.05.2018 Hadisə
0 0
Azərbaycanın Rusiyaya ixrac etdiyi 19,7 ton kilkə qonşu ölkənin paytaxtı Moskvada müsadirə edilib.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselnadzor") məlumat yayıb.

Məlumata görə, buna səbəb məhsulun sənədlərində çatışmazlıqların olmasıdır. Kilkənin ixracı rəsmiləşdirilərkən sənədlərə məhsulun tranzit ölkəsi, saxlanıldığı soyuducular barədə məlumatlar, laboratoriya rəyi əlavə olunmayıb.