USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gənc yazar İkinci Mahmud vəfat etdi

06.07.2019 Hadisə
0 0
Azərbaycanda gənc yazar evində ölü tapılıb.

"Kommersant.az" xəbər verir ki, Mahmud Atakişiyev (İkinci Mahmud) bu gün yaşadığı Xətai rayonunda yerləşən evində vəfat edib.

Yazıçının dostu Ömər Mazanov APA-ya açıqlamasında bildirib ki, M.Atakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Atakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.