USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tbilisiyə gedən qatar niyə yolda qalıb?

09.07.2019 Hadisə
0 0
"Azərbaycan Dəmir Yolları" QSC iyulun 8-də Bakı-Tbilisi sərnişin qatarının hərəkərində baş vermiş ləngimə barədə məlumat yayıb.

"Kommersant.az" xəbər verir ki, 8 iyul 2019-cu ildə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimələr olub.

Hadisə vaxtı Padar-Sığırlı mənzilində hərəkətdə olan 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və ordan təyinatı üzrə yola salınıb.

Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb.

Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir.