USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bu rayonunda qaz kəsiləcək

18.07.2019 Hadisə
0 0
Bu gün səhər saat 10.00-dan etibarən işlər bitənədək Pirallahı rayonu, yeni yaşayış massivində qaz təchizatı dayandırılacaq.

“Kommersant.az” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu, ərazidə məcburi köçkünlər üçün inşa edilmiş 306 mənzildən ibarət yaşayış binasına məxsus qaz xəttinin orta təzyiqli qaz xəttinə birləşdirilməsi ilə əlaqədardır. İşlər tamamlanana qədər təqribən 3000 abonentin qaz təchizatı müvəqqəti olaraq saxlanılacaq.