USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mingəçevir və Lənkəranda qaz xətləri zədələnib

29.07.2019 Hadisə
0 0
İyulun 28-də qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində Azərbaycanın 2 bölgəsinin təbii qazla təchizatında məhdudiyyət yaranıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri qırıblar.

Buna görə də 1300 abunəçinin qaz təminatı dayandırılıb.

Lənkəran rayonunda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abunəçi qazsız qalıb.

“Azəriqaz” hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.