USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Düşmən təxribatı davam edir - Hərbi maşınımız atəşə tutuldu

29.07.2019 Hadisə
0 0
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

"Kommersant.az" xəbər verir ki, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində "Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan "UAZ” markalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.