USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sədərək”dəki yanğında xəsarət alanların - SON DURUMU

05.08.2019 Hadisə
0 0
Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.

"Kommersant.az" xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 6-na yerində yardım edilib.

Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb:

"10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar". (Report.az)