USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda oteldə yanğın oldu - 10 əcnəbi təxliyyə edildi

02.10.2019 Hadisə
0 0
Bakıda oteldə yanğın qeydə alınıb.

“Kommersant.az” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” otelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.