USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Respublika" Kənd Təsərrüfatı Nazirliyini və Dövlət Gömrük Komitəsini məhkəməyə verib

09.06.2018 Hadisə
0 0
“Bank Respublika” ASC Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi və Dövlət Gömrük Komitəsini məhkəməyə verib.

"Kommersant"ın “Report”a istinadən xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC maddi zərərin ödənilməsi barədə tələb irəli sürüb.

Maddi zərərin nədən ibarət olduğu isə açıqlanmayıb.

Məhkəmə iddianın mümkünsüz sayılması barədə qərardad çıxarıb.

Qərardaddan narazı qalan bank apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı qərardadı ləğv edib. İş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.