Mingəçevirdə 4 yaşlı uşaq kimyəvi məhlul içərək zəhərlənib

13.06.2018 Hadisə
Mingəçevir şəhərində bədbəxt hadisə yaşanıb.

"Kommersant" “Report”un Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 35 ünvanında qeydə alınıb.

Həmin ünvana qonaq gələn 2014-cü il təvəllüdlü şəhər sakini Məmmədhüseynli Kamil Rəşad oğlu bilməyərəkdən kimyəvi məhlul içib. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Görülən tədbirlər nəticəsində uşağın vəziyyəti sabitləşib.