USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazaxda avtomobil dərəyə düşüb

29.06.2018 Hadisə
0 0
Qazaxda yol qəzası baş verib.

"Kommersant"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu, Quşçu Ayrım kəndində "BMW" markalı minik avtomobili dərəyə düşüb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.