USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kürdəmirdə 25 yaşlı gənci avtomobil vuraraq ağır xəsarət yetirib

02.08.2018 Hadisə
0 1
Kürdəmir rayonunda 25 yaşlı gənci avtomobil vurub.

"Kommersant.az"ın "Report"un Mərkəzi Aran bürosuna istinadən məlumatına görə, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Səlim Aqil oğlu Quliyevi həmkəndlisinin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.