Nazir müavini işdən çıxarıldı

13.11.2018 Hadisə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub.

“Kommersant.az” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub. Belə ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Nazirliyin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti Əzizov Bəxtiyar Əsgər oğluna həvalə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib

Report