Qarabağ Azərbaycandır!

Ən çox gəlir gətirən istiqrazlar

17.01.2019 Birja
İstiqrazların parametrləri var. Bu parametrlərə dövlət və ya korporativ istiqraz olması və ya qısa müddətli uzun müddətli olması daxildir.

"Kommersant.az" xəbər verir ki, bu sözləri kapital bazarı üzrə ekspert Xanlar Alırzayev bildirib. Onun sözlərinə görə, əgər emitenti risksiz və dollar istiqrazlarından danışsaq bu zaman SOCAR istiqrazlarının sərfəli olduğunu görərik.

Metak istiqrazları manatda buraxılan istiqrazlardır. Bu istiqrazları bazarda tapmaq rahatdır. Marketmeykeri olmasa da amma bazarda təklif olunur – deyə ekspert bildirib.

Xatırladaq ki, dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqraz sahiblərinin ümumi gəliri 11 milyon 250 min dollara yüksəlib. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 11 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 13 milyon 750 min dollar qazanmış olacaqlar (toplamda 25 milyon dollar.)

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 milyon dolları ötüb və Bakı Fond Birjasında (BFB) ən çox alınıb–satılan qiymətli kağızdır – 2018-ci ildə 800-dən çox əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR İstiqrazlarının market–meyker satış qiyməti 16 yanvar tarixində ilk dəfə 1045 dollara yüksəlib.

Manatda olan istiqrazlar arasında ən böyük gəlirlilik Embafinans istiqrazlarına məxsusdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon manat təşkil edir. İstiqrazın 1 ədədinin qiyməti min manatdır. İldə 10,5% gəlir gətirən istiqrazların ödəmə tarixi 3 dekabr 2019-cu ildir.

“Met-Ak”MMC-nin istiqrazlarına gəlincə isə həcmi 3 000 000 manatdır. 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazlarının kupon dərəcəsi 12%-di. Bazarda təklif olunan gəlirlilik 8-9%di. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.

Məlumat üçün bildirək ki, istiqrazlarla bağlı sualları olanlar AzFinance İnvestisiya şirkətinin 012 310 33 30 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

  • Əvvəlki

    Bakıda güclü külək "TIR"-ı aşırdı - VİDEO

Digər xəbərlər