"Qızıl 2018-də 1400 dollara qalxa bilər"

07.06.2018 Birja
Dünyanın üçüncü ən böyük aktiv meneceri "State Street Global Advisers"ın qızıl üzrə mütəxəssisi George Milling-Stanley, Çin və Hindistan daxil inkişaf edən ölkələrdə qiymətli metala "etibarlı investisiya" olaraq tələbin artması ilə, qızılın qiymətinin 2018-ci ilin sonuna qədər beş ilin zirvəsinə qalxacağını bildirib.

"Kommersant" xəbər verir ki, Milling-Stanley, inkişaf edən ölkələrdə alışların təsirilə bu il qızılın unsiyasının 1400 dollara qalxacağını qeyd edib.

Qızıl strateqinə görə, inkişaf edən ölkələrdəki investorlar yerli valyutadakı vəsaitlərin dəyər itkisini kompensasiya etmək üçün qızıla yönəlirlər.

Hazırda qızılın unsiyası 1298 dollardan alıcı tapır.

  • Əvvəlki

    Müraciətlər artdı, kredit kampaniyasının müddəti uzadıldı - 18%-DƏN BAŞLAYIR

Digər xəbərlər